Şəhidin adını daşıyan küçə təmir olundu: deputatın təşəbbüsü ilə

Sabirabad şəhərində şəhid adını daşıyan küçə təmir olunub. Avtosfer.az xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib.
"Sabirabad şəhərinin şəhidimiz Elşən Qasımovun adına olan küçənin asfalt örtüyü yox idi. Yağış yağanda yol zığ olurdu və sakinlər çox əziyyət çəkirdi. İctimai fəal Rusif Fətaliyev bu barədə mənə müraciət etdi və onunla bir neçə dəfə telefon əlaqəsi saxladım.
Daha sonra bu barədə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova müraciət etdik. Siraqəddin müəllim məsələni dərhal nəzarətə götürdü və 3 gün müddətində küçəyə yeni asfalt örtüyü çəkildi. Şəhidimiz Elşən Qasımovun adına olan küçəyə yeni asfalt örtüyünün çəkilməsində göstərdiyi dəstəyə və bu məsələnin həllinə operativ reaksiya verdiyi üçün Siraqəddin müəllimə təşəkkür edirəm.
Eyni zamanda Rusifə də göstərdiyi xüsusi fəallığa görə böyük təşəkkür düşür. Təşəkkürlər Rusif
Bildirmək istəyirəm ki, dairəmdə olan bütün yol problemlərindən tam məlumatlıyam. Çalışacam ki, 5 il ərzində təmirə ehtiyacı olan bütün yollar təmir edilsin."
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO














