Şəhidin koronavirusdan sağalan ailə üzvləri evə buraxıldı

Şəhid Şaban Cəfərovun koronavirusa yoluxan həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova bu gün xəstəxanadan evə buraxılıb.
Bu barədə şəhidin qızı N.Cəfərova özü bildirib.
Onun sözlərinə görə, müalicə aldıqları Goranboy Rayon Mərkəzi Xəstəxanasında 11 gündən sonra sağalıblar: "Koronavirusla bağlı həm anamdan, həm də məndən götürülən testin nəticəsi neqativ çıxdı. Bununla da xəstəxanadan tam sağaldığımızı bildirdilər. Yekun olaraq, ağciyərlərimiz təkrar yoxlanıldı və hər şeyin yaxşı olduğu üzə çıxdı.
Artıq evimizdəyik. Özümüzü yaxşı hiss edirik. Bizə göstərilən diqqətə görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru İftixar həkimə və bütün tibb heyətinə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, Ş.Cəfərova və N.Cəfərova koronavirus infeksiyasına ötən ay yoluxmuşdular.
Xatırladaq ki, Şaban Cəfərov Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub. ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











