“Şəhidin qardaşından aldığım pulları yeyib-içməyə xərclədim”

Zaqatalada şəhidin qardaşına qarşı dələduzluq edilib. Belə ki, 2000-ci il təvəllüdlü Yunis Sadıqov şəhid Mütəllib Serovun qardaşını aldadaraq ondan xeyli miqdarda pul alıb. O, Rəsul Serovdan 21 750 manat alaraq geri qaytarmamaqda təqsirləndirilir. Törətdiyi əməlləri etiraf edən Y. Sadıqov artıq məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən Yunis bildirib ki, Mütəlliblə bir sinifdə oxuyub və dost olublar. Mütəllibin şəhid olmasından sonra dəfnində, eləcə də digər məclislərdə iştirak etdiyini deyən Yunis onun qardaşı Rəsulla dostluq münasibəti qurub. Bundan sonra Yunis şəhidin ailəsinə dövlət tərəfindən sığorta ödənişinin edilməsini, həmçinin digər ödənişlərin olunduğunu bilərək Rəsulla birgə iş qurmaq adı ilə ondan hissə-hissə pul almağa başlayıb. Bu məqsədlə o, 2021-ci ilin dekabr ayınadək Rəsuldan 21 750 manat alaraq birgə elektronika avadanlıqları satışı və digər işlər görəcəklərini deyib. Lakin sonradan Yunisin pulları biznesə deyil, öz şəxsi maraqlarına xərclədiyi məlum olub.
Təqsirləndirilən şəxs özü ifadəsində pulları əyləncə məclislərinə xərclədiyini deyib: “Zaqatalada 2020-ci ildə bir qadınla tanış olmuşdum, pulu ona xərcləyirdim. Sonra həmin qadın onda mənim videomun olduğunu bildirdi və görüntüləri mənə göstərərək yayacağı ilə şantaj etdi. Rəsuldan aldığım pulların böyük hissəsini həmin qadına verməli oldum. Lakin deyildiyi kimi Rəsuldan 21 750 manat almamışam. Ondan ümumilikdə 8 min manata yaxın pul almışam və onun 4500 manatını qadına xərcləmişəm. Yerdə qalan pulları da öz əyləncəmə, yeyib-içməyə xərcləmişəm”.
Zaqatala Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi aprelin 12-də başa çatıb. Yunis Sadıqova 4 il həbs cəzası verilib.
Qeyd edək ki, Mütəllib Serov 2020-ci ilin 9 oktyabrında Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












