Səhiyyə Nazirliyi: Evdə müşahidəyə götürülənlərin hamısı COVID-19 xəstəsi deyil

“Bakı üzrə evdə müşahidəyə götürülən şəxslərin hamısı koronavirus xəstəsi deyil”.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, nəzarətə götürülənlərin əksəriyyəti, yəni 60-70 faizi şübhəli və ya kontaktda olmuş adamlardır:
“Həmin vətəndaşların arasında koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar testin nəticəsi pozitiv çıxanlar da, neqativ çıxanlar da var. Bakıda nəzarət altında olanlar arasında testin nəticəsi müsbət çıxanlar isə ölkə üzrə koronavirusa yoluxanların siyahısına daxildir”.
Qeyd edək ki, son iki həftə ərzində Bakıda 10 202 vətəndaş evdə nəzarətə götürülüb.
Xatırladaq ki, iyulun 10-a aid statistik göstəricilərə əsasən, Azərbaycanda koronavirusa yoluxanların sayı 22 990 nəfər, infeksiyadan sağalanların sayı 14 093 nəfər, ölənlərin sayı 292 nəfər təşkil edir.

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











