Səhiyyə Nazirliyi: “Həkimlərin əksəriyyəti özlərini qəhrəman saymır”

“Koronavirus pandemiyası dünyada, eləcə də Azərbaycanda həkimlərə böyük ehtiyacın olduğunu bir daha təsdiqlədi. Qısa zamanda şahidi olduq ki, ölkədə tibb işçilərinin işi nə qədər vacibdir”.
Bu fikirləri Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov "Real TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkədə həkimlərin və tibb işçilərinin virusla necə mübarizə aparması, ailələrindən uzun müddət təcrid olunması göz qabağındadır, eyni zamanda xəstəliyə yoluxan və vəfat edənlərin sayı hamıya məlumdur: “Şübhəsiz ki, bütün baş verənlər həkimlərə və tibb bacılarına qarşı hörməti daha da artırır. Hər kəs onların əməyini yüksək qiymətləndirir. Lakin həkim və tibb bacılarının əksəriyyəti özlərini qəhrəman hesab etmirlər. Çünki onların işi fədakarlıq tələb edir və ancaq xəstələrə şəfa vermək barədə düşünürlər”. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












