Şəkidə ağac kəsənlərlə bağlı cinayət işi başlandı

Şəki şəhəri, M.Ş.Həmidov küçəsində ağacların kəsilməsi faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəki rayon prokurorluğuna daxil olmuş material araşdırılıb.
Avtosfer.az xəbər verir ki, Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qabaqcadan əlbir olan bir qrup şəxsin qanunsuz olaraq müxtəlif diametrlərdə olan köküstə yaş şam və cökə cinsinə məxsus ağacları dib köklərindən kəsərək, təbiətə 3800 manat məbləğində xeyli miqdarda zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış material üzrə Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










