Şəkidə polislərə bıçaqla müqavimət göstərən şəxsin məhkəməsi başlayır

Şəkidə polisə müqavimətdə təqsirli bilinən Sənan Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ınməlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elçin Mehdiyevin icraatına verilib.
İş üzrə iki polis əməkdaşı zərərçəkən kimi tanınıb.
Qeyd edək ki, karantin rejimi ilə əlaqədar Şəki rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq müqavimət göstərib.
Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.
Şəki rayon Polis Şöbəsində onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











