Şəkidə qəsdən həmkəndlisinin əmlakını yandıran şəxs saxlanılıb - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edən rayonun Kiçik Dəhnə kənd sakini Tural Baqiyev ona məxsus yardımçı təsərrüfatın naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən yandırılması nəticədə 1500 ədəd ot bağlamasının yandığını, 1 baş iribuynuzlu heyvan və 70 ev quşunun tələf olduğunu bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində zərərçəkmişə 12 min manat dəyərində maddi ziyan vuran şəxsin həmkəndlisi, əvvəllər məhkum olunmuş Səxavət Yusifov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb. S.Yusifov ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və sərxoş vəziyyətdə əmlakı məhv etdiyini, həmçinin həmkəndlisi ilə əvvəlcədən ədavətinin olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











