Şəmkirdə narkotacirlər saxlanıldı – FOTO + VİDEO

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Möhsün Hacıkişiyev və əvvəllər məhkum olunmuş Zakir Əmiraslanov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onların üzərinə baxış keçirilən zaman M.Hacıkişiyevin üzərindən 2 ədəd kağız bükümdə çəkisi 1.164 qram narkotik vasitə olan heroin, Z.Əmiraslanovun üzərindən isə 1 ədəd sellofan bükümdə çəkisi 0.478 qram narkotik vasitə olan heroin aşkar olunub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satanın həmyerliləri, əvvəllər dəfələrlə məhkum olunmuş Ramiz Əliyevin olduğu müəyyən edilib. RPŞ-də onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd kağız bükümdə təmiz çəkisi 4.809 qram heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı R.Əliyev narkotik vasitələri satmaq məqsədi iləİlham adlı İmişli rayon sakinindən aldığını bildirib. Şəmkir və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İlham Qəhrəmanov saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman çəkisi 17 qram narkotik vasitə olan heroin aşkar olunub.
Hazırda cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Namiq Musayev







"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












