Şəmkirdə stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs olundu - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ qərargahın və Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafe sahibləri dəfələrlə xəbərdarlıq edilsə də, müştərilərin arasında sosial məsafələri qorumayaraq, stolüstü oyunlar təşkil edərək karantin rejiminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib.
Həmin obyekt sahibləri - Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq RPŞ-yə gətirilib, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.
Namiq Musayev


Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












