Şəmkirdə təmirə həsrət qalan yol - VİDEO

Şəmkirin Keçili kəndi də daxil olmaqla yeddi yaşayış massivini birləşdirən avtomobil yolu sakinləri təngə gətirib. Yağışda palçıqdan, yay aylarında isə toz-duman əlindən keçilməz olan yol uzun illərdir yararsız vəziyyətdədir.
Sonuncu dəfə 1970-ci illərin sonlarında asfalt örtüyü vurulan yol həmin vaxtdan bəri təmir üzünə həsrət qalıb. 22 mindən çox sakinin istifadə etdiyi bu yol həm də kəndləri rayon mərkəzi ilə birləşdirir. Keçili-Qədimqala-Şəmkir-Çinarlı və Yuxarı Seyfəli avtomobil yolu kimi tanınan bu yol bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına qismən təmir olunub. Lakin aparılan işlər də özünü doğrultmayıb. Əsasən əkinçiliklə məşğul olan kəndlilər məhsullarını avtomobillərlə bazara çıxarırlar. Yolun bərbad vəziyyətdə olması isə sürücülərə xeyli baha başa gəlir. Məsələ ilə bağlı yolun balansında olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sakinlərin səbr etməsinə çox qalmayıb. Sözügedən yolun yenidən qurulması Dövlət Proqramı çərçivəsində öz həllini tapacaq.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












