Banner

Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA

Gündəm 8 Oktyabr 2026 11:30
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Şəmsi Bədəlbəyli küçəsində yeni piyada keçidinin yaxınlığında quraşdırılan pandus müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Anar Əliyev pandusun quraşdırılmasını müsbət addım kimi qiymətləndirsə də, onun ötən il qəbul edilən AZS 980:2025 dövlət standartının tələblərinə uyğun olmadığını bildirib.

Ekspert qeyd edib ki, sözügedən standartın 13.39-cu maddəsində eyni səviyyəli piyada keçidlərində bordür daşının bordür pandusu kimi istifadəsinə icazə verilmir.

“Pandus quraşdırıldı. Amma ötən il qəbul edilən AZS 980:2025 dövlət standartının tələblərinə cavab vermir”, – deyə Anar Əliyev bildirib.

Piyada keçidlərində pandusların düzgün şəkildə layihələndirilməsi və standartlara uyğun quraşdırılması xüsusilə hərəkət imkanları məhdud şəxslərin, yaşlıların və uşaq arabası ilə hərəkət edən insanların rahat və təhlükəsiz keçidi baxımından vacibdir.

Ekspert pandusun necə hazırlanmalı olduğunu əks etdirən nümunəni də paylaşaraq aidiyyəti qurumların bu kimi işlər zamanı qüvvədə olan dövlət standartlarının tələblərini nəzərə almasının vacibliyini vurğulayıb.

Eltac Züflüqaroğlu

FOTO QALEREYA
Oxunub : 288
ŞƏRH YAZ
Ad

E-mail

Şərh