Sərhəddə böyük tıxac yarandı

Bayram günlərində Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusilə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd-keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur.
Bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu-bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarla, hətta günlərlə gözləyənlər var.
Sərhəd buraxılış məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar.
Qazaxın II Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndiriblər. Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər iritonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.
Kəpəz TV
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








