Sərhəddə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulub - VİDEO

Biləsuvar gömrük keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş qərargahda İrandan gələn sürücülərin müayinəsinə başlanıb. Ötən gündən isə piyadaların keçidinə tamamilə məhdudiyyət qoyulub. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Biləsuvar sərhəd-keçid məntəqəsində piyadaların keçidinə tamamilə məhdudiyyət qoyulub. Keçid məntəqəsində yalnız İranda olan Azərbaycan vətəndaşları buraxılır, həmçinin Azərbaycanda olan İran vətəndaşları qarşı tərəfə keçirilir. Dünən günün ikinci yarısından isə ağır tonnajlı yük avtomobillərinin də hərəkətinə məhdudiyyət tətbiq edilib. Sürücülərin qarşı tərəfdə virusa yoluxmuş insanlarla təmasda olub- olmamaları araşdırılır. Sürücülər FHN-nin mobil qospitalında tibbi müayinədən keçirilir. Bu günə qədər 60-a yaxın sürücü müayinədən keçib. Sürücülərdə hər hansı virusa yoluxma halı aşkar edilmədiyini bildirilir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











