Sərhəddən keçid aprelin 20-dək tam dayandırılıb - Generaldan açıqlama - VİDEO

Qonşu ölkələrdən sərhədin açılması üçün ən çox Rusiyada yaşayan azərbaycanlılar müraciət ediblər. Bunu Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov deyib. Onun sözlərinə görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyatı qurumlar Rusiyada yaşayan vətəndaşlarımıza bütün mümkün vasitələrlə sərhədin bağlandığını və bununla bağlı növbəti qərar olana qədər gözləməyi tövsiyə ediblər. Ancaq Rusiyada yaşayan vətəndaşların müraciətləri hələ də davam etməkdədir.
Sərhəd nəzarətinin rəisi Rusiyada, eləcə də digər qonşu ölkələrdə yaşayan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb. General-leytenant Abbas Xəlilov bildirib ki, qonşu dövlətlərdən sərhədi keçid yalnız cənazəsi olan şəxslər üçün mümkündür. İndiyə qədər qonşu dövlətlərdən 24 cənazənin keçidi təmin edilib. Bu zaman isə yenə xüsusi qaydalara əməl etmək vacibdir.
Sərhəd nəzarətinin rəisi onu da bildirib ki, sərhədlər bağlı olsa da yük daşımaları ilə bağlı hər hansı problem mövcud deyil və bu proses heç bir ləngimə olmadan həmişəki kimi davam etdirilir.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












