“Sərnişinlər anlamalıdır ki, sürücü hərəkət zamanı bunu edə bilməz...” - BNA

"Bizim əsas məqsədimiz istər "BakuBus", istər də digər avtobuslarda sərnişinləri rahat daşımaqdır. Bunun üçün də avtobuslarımızda havalandırma, sərinləndirmə, isitmə sistemi də var. Əgər bu gün vətəndaş kondinsionerin işləməməsindən narahatdırsa, biz bu məsələyə baxıb onu həll edəcəyik”. Avtosfer.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında BNA-nın mətbuat xitmətinin rəhbəri Mais Ağayev deyib. Mais Ağayev bildirib ki, onlara bu məsələ ilə bağlı müraciətlər dünəndən daxil olub:
"Bildiyimiz kimi, son iki gün istisna olmaqla, havalar sərin keçirdi, ona görə də avtobuslarda kondinsioner qoşmağa ehtiyac yox idi”.
BNA rəsmisi deyib ki, avtobuslarda kondisionerlərin qoşulması prosesi iyun ayının 15-də başlayır:
"Bu günlərdə sərnişinlər sürücüləri kondinsionerləri qoşmaq üçün sıxışdırırlar. Amma onlar anlamalıdır ki, sürücünün hərəkətdə olan zaman kondinsioneri işə salması texniki baxımdan mümkün deyil. Kondinsionerlərin işə salınması üçün avtobuslar mütləq istehsal bazasına qayıtmalı, texniki baxışdan keçməlidir.
İstənilən bir məsələni əsaslandırıb hərəkət etmək lazımdır. Əgər görsək ki, avtobuslarda kondinsionerləri işə salmağa ciddi ehtiyac var, bunu edəcəyik. Məsələn, keçən yay mövsümündə havalar daha tez istiləşdiyindən 15 iyunu gözləmədən, may ayının sonlarında kondinsionerləri işə saldıq”.
Qeyd edək ki, son günlərdə havaların isti keçməsi ilə bağlı avtobuslarda kondinsionerin qoşulmasını tələb edən sərnişinlərlə sürücülər arasında problem yaranıb.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












