Sərnişinlər üsyan edir: Dayanacaqda ödəniş terminalı yoxdur - VİDEO

Bakının Binəqədi rayonu, Mircəlal küçəsindəki bəzi dayanacaqlardan ödəmə aparatları çıxarılıb. Bu isə həmin ərazidə yaşayan insanları əlavə çətinliyi salıb. Avtobusa minmək istəyənlər kartlarına pul yükləyə bilmirlər. Nəticədə bir kilometrdən artıq piyada yol getməli olurlar. Bəs bu aparatların dayanacaqlardan götürülməsinə səbəb nə olub?
Avtosfer.az bildirir ki, sorğudan da aydın olur ki, sərnişinlər avtobusa minmək üçün ''bakıkart''larına pul yükləyə bilmirlər. Buna səbəb dayanacaqlarda ya ümumiyyətlə aparatların olmaması, ya həmin aparatların sonradan çıxarılıb aparılmasıdır. Bura Binəqədi rayonu, Mircəlal küçəsidir. Sözügedən küçədən bir neçə marşurut xətti keçir. Həmin avtobusların hamısında da ödənişlər nağdsız formada həyata keçirilir. Sərnişinlər deyirlər ki, küçədəki dayanacaqların cəmi ikisində aparat var. Digər dayanacaqlarda isə çıxarılıb, aparılıb
Sərnişinlərlə yanaşı sürücülər də bu problemdən əziyyət çəkdiklərini bildirirlər
Məlum oldu ki, bu küçədəki dayanacaqlardan yığışdırılan aparatlar ''Milli Ön''ə məxsus olub. Həmin şirkətdən bildirildi ki, o küçədəki bəzi dayanacaqlarda olan aparatlara insanlar tərəfindən müdaxilələr edilib və yararsız hala salınıb. Bu səbəbdən də həmin aparatlar oradan çıxarılıb. O da bildirildi ki, şirkət müdaxilə olunan dayanacaqlara növbəti dəfə aparat quraşdırmır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, qurum bu kimi problemləri kökündən həll etmək üçün ''bakıkart''lara onlayn ödəmə funksiyasının üzərində çalışır. Yaxın gələcəkdə bu funksiya işə salınacaq və sərnişinlərin bu kimi problemləri kökündən həll ediləcək.
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!










