Sərt karantin günlərində itlərin gəzdirilməsi ilə bağlı rəsmi açıqlama

Azərbaycanın bir sıra iri şəhər və rayonlarında tətbiq ediləcək sərtləşdirilmiş karantin rejimində vətəndaşların ev heyvanlarını gəzdirməsinin necə tənzimlənəcəyi məlum olub.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, sərt karantin günlərində ev heyvanları olan itlərini gəzdirmək istəyən vətəndaşlar bundan sui-istifadə hallarına yol verməməlidir.
"Sərt karantin günlərində insanların ev heyvanları olan itlərini gəzdirməsində problem yoxdur. İtini qısa müddət ərzində gəzdirmək istəyən şəxslərin evdən küçəyə çıxmasına qadağa tətbiq edilmir. Amma təbii ki, vətəndaşlar da bundan sui-istifadə etməməlidirlər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə “Report”a açıqlamasında bildirib ki, itlərin park və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: "Vətəndaş itini küçəyə çıxarmaq zərurəti yaranarsa, yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımi tədbirləri alıb və alacaq”.
Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Həmin müddət ərzində qeyd olunan şəhər və rayonların ərazilərində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla) və əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul 2020-ci il saat 00:00-dək uzadılıb. (Report)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










