Sərt karantin rejimi müəllimlərin işə qəbulu imtahanını təxirə sala bilərmi? - Açıqlama

“Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanın keçirilmə tarixlərinə və formatına dair təkliflər nəzərdən keçirilir və müxtəlif ssenarilər hazırlanır”.
Avtosfer.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, növbəti həftə MİQ imtahanı üçün qeydiyyat tarixləri və imtahanın keçirilmə formatına dair rəsmi məlumat veriləcək: “Hazırda MİQ imtahanın ləğv edilməsi müzakirə olunmur".
Qeyd edək ki, ölkənin bəzi yaşayış məntəqələrində iyun ayından başlayaraq tətbiq edilən xüsusi karantin rejiminin müddəti iyulun 20-dək uzadılıb, xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonların sayı artırılıb. Qərar kütləvi tədbirlərin təşkilinə bilavasitə təsir edir. Həmin tədbirlərdən biri buraxılış/qəbul imtahanlarıdırsa, digəri ənənəvi olaraq iyul ayında, iki həftə ərzində, bir məkanda keçirilən və 40-50 min namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanıdır.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












