Sərt karantin rejimində KİV-in fəaliyyətinə aydınlıq gətirilib

"Jurnalistlərin adları çalışdıqları KİV tərəfindən icaze.e-gov.az saytına daxil edilməlidir".
Avtosfer.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
K. Əliyev deyib ki, jurnalistin çalışdığı KİV Bakıda fəaliyyət göstərirsə o, Bakı, Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərə bilər: “Lakin, jurnalistlər bu icazə ilə ölkənin digər yerlərinə gedə bilməzlər. Bunun üçün jurnalistin çalışdığı KİV tərəfindən ezamiyyə vərəqəsi verilməlidir. Ezamiyyətdə isə konkret müddət göstərilməlidir. Yəni həm icaze.e-gov.az saytında qeydiyyat, həm də ezamiyyə vərəqi lazımdır”.
K. Əliyev qeyd edib ki, telekanallar efirə qonaq çağırarkən qonağın adını da icaze.e-gov.az saytında müddət qeyd etməklə əlavə etməlidirlər: “Bu da həmin qonağın verilişdə olub-olmadığını müəyyən edəcək”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












