Sərt karantin rejimini pozan 1 572 nəfər cərimələndi

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) sərt karantin rejimini pozaraq Bakıya girişə və çıxışa cəhd edən sürücülərin və cərimələnən şəxslərin sayını açıqlayıb.
BDYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-ın sorğusuna cavab olaraq qeyd edib ki, iyunun 21-i saat 00:00-dan 22-i saat 00:00-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla ümumilikdə 1 572 nəfər inizibati məsuliyyətə cəlb edilib.
O qeyd edib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanaraq geri qaytarılıb.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












