Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət etdi

Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
Mərkəzdən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır: "Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.
Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.
Yayılan təxribat xarakerli şaiyələrə inanmayın!"
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO












