“Signify” kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə aparılan islahatların nəticəsidir

Bu günlərdə Prezident İlham Əliyevlə "Signify" şirkətinin rəhbərləri arasında keçirilən videokonfrans zamanı dövlətimizin başçısı ölkəmizdə müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrin tətbiq edilməsinin önəmindən danışdı. Bir neçə gün öncə "CISCO" şirkətinin rəhbərliyi ilə keçirilən videokonfrans zamanı da eyni məzmunlu məsələlər müzakirə olundu. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, dünyanın aparıcı və böyük şirkətlərindən biri olan "Signify" kimi nüfuzlu şirkətin Azərbaycanla əməkdaşlığa can atması ölkəmizdə əlverişli biznes və sərmayə mühitinin yaradılması, həmçinin aparılan genişmiqyaslı islahatların nəticəsidir. "Signify" şirkəti 74 ölkədə fəaliyyət göstərir, 140 ölkəyə xidmət və məhsul satışı həyata keçirir. Bu şirkət işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, həm də 10 "yaşıl" şirkətdən biridir.
Deputat deyib ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı texnoloji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir və çalışır ki, Azərbaycan müasir texnologiyalar və innovasiyaların tətbiqi baxımından öndə gedən ölkə olsun. "Ağıllı şəhər" layihəsində "Signify" şirkətinin işıqlandırma sistemlərindən istifadə etməklə daha çox qənaət əldə etmək mümkündür. Bu texnologiyaları tətbiq etmək bizə çoxlu enerjiyə, yerin təkindən hasil edilən yanacağa digər məqsədlər, həmçinin ixrac üçün qənaət etməyə və şəhər həyatını daha da yaxşılaşdırmağa imkan yaradacaq. Bakı, Sumqayıt şəhərində və regionlarda yerləşən yaşayış məntəqlərində işıqlandırılma sistemlərinin müasirəlşdirilməsi və kənd təsərrüfatının elektronlaşdırılmasında bu şirkətin məhsullarından istifadə olunması imkanları daha da genişləndirir. Bundan sonra müasir texnologiyalardan istifadə sosial-iqtisadi inkişafımızda yeni mərhələ olacaq.
Milli Məclisin deputatı əlavə edib ki, Azərbaycan yeni texnologiyalara və innovasiyalara açıqdır. Ona görə də dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq etməklə biz öz gənc mütəxəssis potensialımızdan istifadə edərək yeni intellekt məhsulları ortaya çıxarırıq və nəticədə onları "Made in Azerbaycan" brendi altında ixrac etmək mərhələsindəyik. Postpandemiya dövründə hansı ölkələr daha çox yeni texnologiyalara önəm versələr, o ölkələr inkişafda bir addım öndə olacaqlar.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










