Şikayət üzrə 4-cü yerdə olan “Meqa Sığorta” daha bir sürücünü narazı saldı - “Hara istəyirsən, şikayət et...” - FOTO

"Meqa Sığorta” ASC siyasi fəal Aslan Həmidlinin avtomobilini təmir etməkdən imtina edir. Avtosfer.az xəbər verir ki, bu barədə "Pravda.az"a danışan A.Həmidliyinin sözlərinə görə, onun avtomobilinə 2024-cü ilin aprel ayının 6-da iki maşının toqquşması nəticəsində zərər dəyib.
O bildirib ki, həmin vaxt hadisə yerinə Binəqədi Rayon Dövlət Yol Polis İdarəsi əməkdaşları yaxınlaşıblar:
“Hadisəni qeydə aldılar. Uzun müddət Bakıda olmadığımdan məsələ ilə məşğul olunmayıb. “Meqa Sığorta”ya müraciət etdim. Çünki üçüncü tərəf olaraq avtomobilimi zərər yetirmiş avtomobilin icbari sığortası təmir etməlidir. “Meqa Sığorta” isə “Otodok” servisə yönəltdi, orada maşının zərəri qiymətləndirildi. 702 azn pul ayırdılar. Maşın servis maşını olduğundan rəsmi servisdə də qiymətləndirmə oldu. Rəsmi servis isə zərəri 1750 azn qiymətləndirdi. Bir neçə vaxtdır, “Meqa Sığorta” əməkdaşları yolaverici cavablar verirdilər. Dedilər ki, avtomobili təmir etdirə bilmərik, yalnız pul ayıra bilərik. Şirkətin əməkdaşına izah edirəm ki, sizin servis qiymətləndirmə edirsə, o zaman avtomobili düzəltdirin. Çünki mənim istəyim yalnız maşının təmiridir. Təmir etməyəcəklərini bildirdilər. Dedilər ki, hara istəyirsən, şikayət et...”
Məsələ ilə bağlı “Meqa Sığorta”ya sorğu ünvanlansa da, heç bir mövqe bildirilməyib.
Qeyd: Nizamnamə kapitalı 23 000 000 AZN olan MMC-nin qanuni təmsilçisi Uğur Azad oğlu İbrahimlidir. Şirkət dövlət qurumlarının elan etdiyi tenderlərdə də iştirak edir. “Meqa Sığorta” Azərbaycanda son bir il ərzində avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkətlər arasında dördüncüdür.
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO












