Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı müzakirə olunub - FOTOLAR

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Bu barədə Avtosfer.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlər, xüsusilə də nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantılarının inkişafı layihəsi çərçivəsində Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil yolları körpüsünün və gömrük-sərhəd infrastrukturunun tikintisi üzrə işlərin yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı gündəlikdə duran aktual məsələləri nəzərdən keçiriblər.
Qeyd olundu ki, Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb və bunun da 10.4%-i avtomobil, 2%-i isə dəmiryolu daşımalarının payına düşür.
Dəhliz boyunca infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin uzlaşdırılmış şəkildə aparılmasının və yükdaşımaların həcminin davamlı artımının təmin edilməsinin mühüm önəm kəsb etdiyi bildirilib. Bu kontekstdə dəhlizin vacib komponenti olan Cənub Yük Terminalının tikintisi üzrə işlərin tamamlanmasının əhəmiyyəti vurğulanıb.
Həmçinin Astaraçay çayı üzərində inşa olunmuş avtomobil körpüsünün tam gücü ilə işə salınması üçün görüləcək zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Tərəflər eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya görüşünün üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd ediblər.


Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA












