Şimal-Qərb bölgəsinə güclü qar fəsadlara yol açıb - FOTO

Güclü qar respublikanın Şimal-Qərb bölgəsində fəsadlara səbəb olub. "Report" xəbər verir ki, Qax rayonunda qar Turaclı kəndinə də ziyan vurub. Kənd sakini Nəcəf Mirzəyev "Report"-a bildirib ki, həyətində tikdirdiyi altıaçıq gecə saatlarında qarın ağırlığına tab gətirməyərək çöküb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Güclü qar səbəbi ilə şimal-qərb bölgəsindı elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Səhər saatlarından etibarən Balakənin və Zaqatalanın bir çox kəndlərində elektrik verilişi kəsilib.
Qax rayonunun kəndlərinə müvəqqəti olaraq elektrik enerjisinin verilişi dayansa da sonra problem aradan qaldırılıb. Dağ kəndlərinə gedən yollar səhər saatlarında nəqliyyat vasitələrinin hərəkəti dayansa da sonradan texnika vasitəsi ilə yollar qardan təmizlənib. Qax rayonunun İlisu kəndində qarın qalınlığı 1 metr 20 santimetrə çatıb. İlisuda temperatur mənfi 6-7 dərəcədir.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
















