Şirvanda yataqxanada qətl törədilib

Şirvan şəhərində qətl hadisəsi baş verib. Hadisə saat 03:00 radələrində Şirvanda yerləşən “Sürücülük məktəbinin yataqxanası” kimi adlandırılan binanın qarşısında qeydə alınıb.
Həmin yataqxanada daimi yaşayan Cəbrayıl rayon sakini, 1979-cu il təvəllüdlü Əliyev Şamil Sulduz oğlu içki məclisində aralarında yaranan mübasiə zəminində Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1969-cu il təvəllüdlü Rzayev İlqar Hümbət oğlunu qarın nahiyəsindən bıçaqla vurub. Sonuncu təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda keçinib. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb. Qətldə istifadə olunan bıçaq hadisə yerinin yaxınlığında tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. (APA)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












