Siyəzəndə narkotacirlər saxlanılıb - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən üç rayon sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Namiq Məhərrəmov yaşadığı evin yaxınlığında tutulub. Hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış üçün hazırlanmış beş bükümdə narkotik maddə olan metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub. Şöbə əməkdaşları tərəfindən eyni gündə keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Qeyd olunan faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Namiq Musayev
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”














