Narkotik alverində şübhəli bilinən “avtoş Elnur” və daha üç nəfər saxlanıldı - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib. Avtosfer.az xəbər verir ki, DİN Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Elçin Kəlbiyev yaşadığı evin yaxınlığında saxlanılaraq, RPŞ-yə gətirilib. Burada onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 22 qramdan çox narkotik maddə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Elçin Kəlbiyev ifadəsində narkotik maddələri satış məqsədilə Xızı rayon sakini Rəsul Qədirovdan 700 manata aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Rəsul Qədirovun yaşadığı ünvan müəyyənləşdirilib və ona məxsus, Xızı rayonunun Sitalçay kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı oradan bir kiloqramdan artıq qurudulmuş marixuana, 1,5 qrama yaxın heroin, eləcə də həyətyanı sahəsindən hündürlüyü 160-210 sm, ümumi çəkisi isə 34 kiloqramdan artıq olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 108 ədəd çətənə kolu aşkar edilərək, maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin satışını həyata keçirən “Avtoş Elnur” ləqəbi ilə tanınan Elnur Əliyev saxlanılıb. Lakin saxlanılan zaman E.Əliyev məsuliyyətdən azad olmaq üçün üzərində olan narkotik maddəni yerə ataraq qaçıb. RPŞ-nin əməkdaşları tərəfindən adı çəkilən şəxs rayon ərazisində tutularaq, şöbəyə gətirilib. Dindirilmə zamanı E.Əliyev narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edərək, narkotik maddələri Şabran rayon sakini Cavid Məmmədovdan əldə etdiyini bildirib.
RPŞ-nin əməkdaşları tərəfindən Cavid Məmmədov da saxlanılıb və ona məxsus, Şabran rayonu ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış məqsədilə kibrit qutularında və sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi bir kiloqramdan artıq olan qurudulmuş marixuana və beş qramdan artıq tiryək aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı saxlanılan şəxslər barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq aparılır.
Emin
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO
Bu şəxslərə hər ay 1500 manat veriləcək – ADLAR
Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? - AÇIQLAMA
Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI











