Siyəzəndə polis sürücülərə tibbi maska paylayıb - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara 2 metr sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsindəki vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə profilaktiki tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılır.
Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər.
Namiq Musayev





"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












