Siyəzəndə yol polisi gücləndirilmiş iş rejimində çalışır - FOTO

Siyəzən rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur.
Polis əməkdaşları tərəfindən xidməti ərazidə xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlar da aşkarlanıb. Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.
Namiq Musayev





Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












