“Siz bu günün qəhrəmanlarısınız!” - Azərbaycanlı həkim həmkarlarına səsləndi

Həkimlərimizin sosial şəbəkələrdəki çağırışlarından hiss olunur ki, mübarizənin ön cəbhəsində əzmlə çalışan həmkarlarımız həqiqətən yorulublar, hətta tükənmək üzrədirlər. Həm bir azərbaycanlı, həm də bir həkim kimi bu yazı ilə onlara təşəkkür etməyi özümə borc bildim.
Həkimlik, ixtisasından asılı olmayaraq, çox dəyərli peşədir. Hətta bəzi şərq cəmiyyətlərində insana şəfanın məhz həkimlər vasitəsi verildiyinə inanılır. Bu səbəbdən də müqəddəs bir peşə hesab edilir və xüsusi hörmət qoyulur.
Həkimlik peşəsinə aid olan bütün ixtisaslar müəyyən zaman çərçivəsində insan həyatını qurtarır və hər biri özlüyündə millətin sağlamlığı üçün çox önəmlidir. Amma bir az daha dərindən düşünsək, xəstəliklərlə mübarizədə insan həyatını qurtaran ön və arxa cəbhədə fərqli ixtisas sahibləri olan həkimlər olduğunu görərik. Ön planda duran ixtisas sahibləri həyatda qalmaq uğrunda yaşam mücadiləsi verən xəstələrin birbaşa yanında olduqlarına və tibbi qərarların əksəriyyətini özləri verdiklərinə görə daha çox məsuliyyət daşıyırlar. Mən özüm də öz ixtisasım üzrə ön planda duran həkimlərdən olduğuma görə bu qrup həkimləri Azərbaycanın bugünkü dönəmində çox yaxşı başa düşürəm və onların narahatlıqlarını çox yaxşı anlayıram.
Bu gün Azərbaycanda COVID-19-a yoluxan xəstələrlə birbaşa çalışan həkimlərimiz ön cəbhədə həyat qurtaran həkimlər qrupuna daxildirlər.
Ön planda olmaq həkimdə bilik, düzgünlük, intizam, məsuliyyət, qətiyyət və ən əsası, hər şeydən üstün olan şərəf tələb edir ki, millətinə təmənnasız xidmət göstərsin. Bu qrupda çalışan həkimlərimizə səslənib bildirmək istəyirəm: bilməniz vacibdir ki, biz – bu millətin nümayəndələri bunu duyur, görür və bilirik. Bu gün sizin millət və dövlət qarşısında göstərdiyiniz xidmətlərinizin əvəzini heç nə ilə ödəmək olmaz.
Bəlkə həmişə ön planda baş rollarda olmaq, insan həyatı ilə bağlı qərarlar vermək, tibbin kömək edə bilmədiyi, dünyasını dəyişən xəstələrinizlə bərabər ruhən ölmək və yenidən açılan sabahlarda bir daha başlayıb digər xəstələrə şəfa vermək sizin ruhunuzu yora bilər. Amma unutmayın ki, sizlər bu günün qəhrəmanlarısınız! Nəinki ailə üzvləriniz, bütün Azərbaycan xalqı sizinlə fəxr edir!
Bilirik ki, bu virusu Amerikada və ya Avropada onların səhiyyələrinin yüksək səviyyəsinin yaratdığı imkanlarla müalicə etmək o qədər də çətin deyil. Amma sizlər bu virusla mübarizəni Azərbaycan səhiyyəsinin imkanları daxilində elə Amerika və Avropa səviyyəsində bacarırsınız. Bunun üçün sizlərə tutduğunuz şərəfli yolda uğurlar arzu edirəm!
Yorulan zaman ruhunuzun qidası bizlərin sizlərlə hər an qürur duymamız olsun! Sizlər əvəzolunmazsınız! Məsuliyyətinizdə uğurlar!
Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universiteti Klinikasının tibb elmləri doktoru
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










