Skanlaşdırma müsabiqəsinin növbəti mərhələsi keçiriləcək

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində skanlaşdırma bölmələrində vakant olan vəzifələrin tutulması məqsədilə elan edilən müsabiqənin ikinci mərhələsi keçiriləcək.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət edənlərin say çoxluğunu nəzərə alaraq Komissiya ikinci mərhələnin test imtahanı üsulu ilə keçirilməsi barədə qərar qəbul edib. Test imtahanı 2024-cü il 30 may tarixində, saat 15:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.
Test imtahanında namizədlərin bilik və bacarıqlarının yoxlanılmasına dair Proqram təqdim olunur. Əlavə məlumatı 012 404-22-00 (daxili 0118, 0121, 0127) telefon nömrəsi vasitəsilə əldə etmək olar.
Qeyd edək ki, müsabiqənin cari ilin aprel ayının 18-də keçirilən birinci mərhələsində 102 namizəddən ən yüksək nəticə göstərən 70 nəfər müvəffəqiyyət əldə edib. Həmin namizədlərin nəticələri barədə məlumatı buradan əldə etmək olar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












