Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO

Son dövrlər skuterlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri, o cümlədən ölümlə nəticələnən qəzalar narahatlıq doğurur. Xüsusilə bəzi skuter istifadəçilərinin yol hərəkəti qaydalarına əməl etməməsi, piyada keçidlərindən skuterdən düşmədən və sürətlə keçməsi digər hərəkət iştirakçıları üçün də təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı açıqlamasında mikromobillik vasitələrindən istifadə edən bəzi şəxslərin ciddi qayda pozuntularına yol verdiyini bildirib:
“Çox təəssüf ki, skuter sürücüləri ilə bağlı vəziyyət hələ ki yaxşı deyil. Son dövrlər baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, bu tip nəqliyyat vasitələrini, mikromobillik vasitələrini istifadə edən bəzi şəxslər ciddi qayda pozuntularına, kobud qayda pozuntularına yol verirlər və nəticə etibarilə ağır qəzaların şahidi oluruq. Artıq Daxili İşlər Nazirliyi tərəfindən yayılan real kadrlarda bunu deməyə əsas verir ki, bu istiqamətdə hansısa bir ciddi tədbirlərin görülməsinə ehtiyac var.
Dünyanın bir çox ölkələrində vaxtilə skuter sürücüləri üçün geniş imkanlar yaradılıb, geniş şərait yaradılıb. Amma təəssüf ki, bəzi ölkələr sonradan bu istiqamətdə sərt tədbirlər də görməyə məcbur qalıb. Azərbaycanda da mən düşünürəm ki, bu istiqamətdə hansısa bir addım atılmalıdır. Çünki nə qədər ekoloji təmiz nəqliyyat vasitəsi, daha təhlükəsiz nəqliyyat vasitəsi, mənzil başına tıxacsız, sıxlıqsız çatdıran bir nəqliyyat vasitəsi kimi bunu qəbul etsək də, təhlükəsizlik elementlərini onda bilmərik və bu bizə ciddi problemlər yaşatmaktadır”.
Ekspert qeyd edib ki, bəzi ölkələrin təcrübəsində artıq skuterlərin kirayə verilməsi məhdudlaşdırılır:
“Yalnız şəxsi istifadədə ola bilər. Bunun üçün də müəyyən tələblər və şərtlər var ki, o skuteri əldə edənlər onun maksimum sürət limitinə nəzarət etməlidir, cavabdehdir, onu başqa şəxslərə verə bilməz. Eyni zamanda hətta xəlvət, gizlin yollarla övladlarına skuter alan valideynlər var ki, onlar məsuliyyətə cəlb olunurlar.
Bir çox ölkələrdə yanaşmalar daha da sərtləşir. Bəzi ölkələr ümumiyyətlə skuterlərin hərəkəti qadağan olunur, xüsusən paytaxt şəhərlərdə. Yəni ölkə üzrə olmasa da, bir çox şəhərlərdə bu qadağalar mövcuddur. Mən istəməzdim Azərbaycanda da belə bir addım atılsın, amma bəzən görürük ki, vəziyyət bu addımı atmağa məcbur edir.
Çox istərdim ki, bu nəqliyyat növünü idarə edən insanlar intizamlı qaydalara mükəmməl şəkildə yiyələnmiş olsunlar. Azyaşlılar skuterlərlə təhlükəli hərəkətlər etməsinlər, valideynlər onlara nəzarət etsinlər ki, bu uşaqlar bu skuterləri necə əldə edirlər, yaş hədləri, ümumiyyətlə, yol-hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları hansı səviyyədədir? Və belə olan halda mən düşünürəm ki, vəziyyətə müəyyən qədər nəzarət etmək mümkün ola bilər”.
Eltac Zülfüqaroğlu
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA
Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO












