Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək - FOTO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Avtosfer.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO












