Telefonla danışan sürücünü kamera ilə cərimələmək asan olmayacaq – ƏRŞAD HÜSEYNOV

Sürücülərin hərəkət zamanı mobil telefondan istifadə etməsinə görə cərimələrin gələcəkdə nəzarət kameraları vasitəsilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi mümkün ola bilər. Bununla belə, qayda pozuntusunun kameralarla aşkarlanması və mötəbər sübutların əldə edilməsi müəyyən çətinliklər yarada bilər.
Avtosfer.az xəbər verir ki, hüquqşünas Ərşad Hüseynov bu barədə fikirlərini bölüşüb.

Hüquqşünas bildirib ki, yaxın gələcəkdə sürücünün hərəkət vaxtı telefonu əldə saxlamaqla istifadə etməsinə görə cərimənin elektron qərarla, yəni kameralar vasitəsilə qeydə alınaraq rəsmiləşdirilməsinə başlanılacağı barədə məlumat yayıldı:
“Layihə dərc edilməsə də, yəqin ki, söhbət İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına İXM-in 342.6-cı maddəsində göstərilən xətanın da əlavə edilməsindən gedir. Bu edildikdən sonra (qanunvericilik prosedurlarını nəzərə alsaq, təxinən 2027-ci ilin ilk aylarından) bu xətaya görə də sürücülər barəsində nəzarət kameraları vasitəsilə cərimə tətbiqi mümkün olacaq.
Telefondan istifadə hallarının kamera ilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi asan olmayacaq. Söhbət hərəkət vaxtı avtomobilin salonunda telefonu əldə tutaraq istifadə edən sürücünün görüntüsünü qeydə almaqdan gedir. Qanunun tələbinə əsasən, bunu edəcək kamera telefonun əldə tutulmaqla istifadə edildiyini fiksə etməlidir. Bu da qırmızı işıqdan keçən avtomobili qeydə almaq kimi sadə bir iş deyil. Ona görə elektron nəzarət sistemi də təkmilləşdirilməli, elə edilməlidir ki, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər (sübutlar) əldə etmək mümkün olsun. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq.
Sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsi tək bizim ölkədə yox, dünyada yol hərəkəti təhlükəsizliyinin ən ciddi probleminə çevrilib. Yol hərəkti təhlükəsizliyi ilə məşğul olan qlobal təşkilatlar sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsini yol-nəqliyyat hadisələrinin ən geniş yayılmış səbəbi hesab edirlər”.
Ərşad Hüseynov qeyd edib ki, zəncirvari qəzaların və arxadan çırpilmaların əksəriyyəti, bəzən lüzumsuz asta sürətlə hərəkət edərək nəqliyyat axınını iflic etmə, bu kimi çoxlu təhlükəli məqamlar və sürücülərin yollarda gördüyümüz xeyli məntiqsiz davranışları hərəkət vaxtı telefondan istifadənin fəsadlarıdır:
“Gələcəkdə bu qayda pozuntusunun elektron qərarla rəsmiləşdirilməsi yəqin ki, müəyyən çəkindirici rol oynayacaq. Amma əsas məqam sükan arxasında olan şəxsin bunu şüurlu dərk etməsidir. Hamı bilməlidir ki, hərəkət vaxtı yol şəraitinə 1-2 saniyə nəzarət etməmək də ağır faciələrə gətirib çıxara bilər (məsələn, 90 km/saat sürətlə gedən avtomobil 2 saniyəyə 50 metr məsafə qət edir, həmin məsafədə sürücünün heç nəyə baxmamsı çox təhlükəlidir). Sadəlövhcəsinə “hər şeyi görürüm” kimi düşüncələr yanlışdır, çünki hər şeyi və hər zaman görmək üçün insan gözü kəsintisiz olaraq, özü də imkan daxilində 360 dərəcə panoramda yola və yolda olanlara nəzarət etməlidir.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, telefon sadəcə sürücü onun ekranına baxmaqla və ya əldə tutmaqla diqqət yayınmasına səbəb olmur. Telefonda bəzən sürücünün aldığı və ya ötürmək istədiyi elə informasiyalar olur ki, həmin informasiyaların sürücünün beynini məşğul etməsi səbəbindən onun gözləri yola baxsa da, əslində o, gördüklərini tam qavramır və bəzən reaksiyada gecikərək faciəli səhvlərə yol verir.
Qanun layihəsi dərc olunanda detalları daha aydın görəcəyik”.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
TƏBİB Bahadur Rzayevə həvalə olundu
Avtomobildə qanunsuz reklama görə cərimə belə olacaq – YENİ QANUN
Maşında telefondan istifadə edənlər kamera ilə cərimə ediləcək - YENİLİK
Azərbaycanda ət bahalaşır: Yerli istehsal niyə tələbatı ödəmir? – AÇIQLAMA
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan paylaşım edib - VİDEO
Türkiyədən gətirilən məhsullar gömrük güzəştlərinə baxmayaraq niyə bahalaşır? – AÇIQLAMA
Bakıda hər il 300-ə yaxın ekoloji təmiz avtobus istismara verilir – EKSPERT - VİDEO
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!












