Banner

Ramiz Mehdiyevin köməkçisinə bu cəza verildi

Xəbərlər 28 Oktyabr 2026 09:41
Ramiz Mehdiyevin köməkçisinə bu cəza verildi
WhatsApp kanalımıza abunə olun

Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər kimi xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirova da hökm oxunub.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə DTX tərəfindən istintaqa cəlb edilib. Dünən axşam da R.Mehdiyevindövlətçilik əleyhinə və korrupsiya cinayətlərində təqsirli bilinib cəzalandırılması barədə özəl xəbər vermişdik.

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh