SMS-ə cavab gəlməsə, bu nömrələrlə əlaqə saxlayın - NÖMRƏLƏR

Bu gün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib ki, bunlardan da təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.
Avtosfer.az "ASAN Xidmət"ə istinadən xəbər verir ki, 8103 SMS icazə sistemi ilə bağlı ən çox verilən suallar cavablandırılıb.
Həmin cavabları təqdim edirik:
8103 SMS icazə sisteminə göndərilən müraciətlər üçün vətəndaşlardan ödəniş tələb olunmur.
Təsərrüfat sahəsi evinə yaxın ərazidə yerləşən vətəndaşların SMS icazə almalarına ehtiyac yoxdur.
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi ilə SMS xidməti vasitəsilə icazə almaq mümkündür, bu halda heç bir məhdudiyyət qoyulmur.
SMS-nə 1 saat keçməsinə baxmayaraq cavab gəlməyən vətəndaşlar aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
“Azercell” *1111; şəhər nömrələrindən 012 490 49 49
“Bakcell” 555, şəhər nömrələrindən 012 498 89 89
“Nar” 777, şəhər nömrələrindən 012 444 07 77
Qeydiyyatdan keçirilmiş işçilərin marketə və aptekə getmək üçün icazə almalarına ehtiyac yoxdur.
Məsafədən asılı olmayaraq ərzaq mağazasına gedərkən 8103 qısa nömrəsinə SMS göndərilməlidir.
Bakıda yaşayıb rayon qeydiyyatında olan şəxslər müraciət olunan zəruri hal üzrə koda əsasən təsdiq cavabı aldıqdan sonra evdən çıxa bilər.

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO












