“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
Gündəm
5 İyul 2020 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğından sonra havanın çirklənməsi məsələsinə münasibət bildirib. Qurumun mətbuat katibi İradə İbrahimova oxu.az-a bildirilib ki, yanğın ərazinin havasına neqativ təsir göstərib: "Mütəxəssislərimiz havadan nümunə götürüblər. Nəticələr analizdən sonra dəqiq bilinəcək və bununla bağlı məlumat veriləcək. Ətraf ərazilərdə çirklənmə baş verib. Təəssüf ki, ətrafda yaşayan sakinlər çirklənmə ilə üzləşib, yanğın müəyyən mənfi təsirlərə səbəb olub".Qeyd edək ki, Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı beşi FHN-nin əməkdaşı olmaqla, altı nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tezalışan maddələr əksəriyyət təşkil edib.
Oxunub : 1662
DİGƏR XƏBƏRLƏR
4 Sentyabr 2026 21:00
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
4 Sentyabr 2026 18:02
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
4 Sentyabr 2026 16:00
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
4 Sentyabr 2026 15:06
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
4 Sentyabr 2026 11:30
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
4 Sentyabr 2026 11:00
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
4 Sentyabr 2026 09:39
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
3 Sentyabr 2026 18:11
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
3 Sentyabr 2026 18:04
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
3 Sentyabr 2026 17:46
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
3 Sentyabr 2026 16:16
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
3 Sentyabr 2026 14:48
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
ŞƏRH YAZ










