"Sobsan"ın direktoru danışdı: Fabrik niyə yanıb? - Bakını bürüyən qoxu...

“Hazırda yanğınla bağlı istintaq gedir, istintaqın nəticəsindən asılı olaraq, nə edəcəyimizə qərar verəcəyik”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında “Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyev iyulun 4-də fabrikdə baş vermiş yanğınla bağlı danışarkən deyib.
“Biz hələ ki, istintaqın nəticəsini gözləyirik. İstintaq başa çatmadığı üçün bu barədə danışmaq istəmirik. Yəqin ki, araşdırma başa çatdıqdan sonra ətraflı məlumat veriləcək”.
O. Allahverdiyev bir neçə gün əvvəl Bakıda yayılan pis qoxunun “Sobsan”dakı yanğınla əlaqəli olduğu ilə bağlı iddialardan da danışıb:
“Bakıda yayılan pis qoxunu "Sobsan"dakı yanğınla əlaqələndirən şəxslər var idi. Lakin bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma apardı və "Sobsan"la bir əlaqəsinin olmadığı üzə çıxdı.
Bəzi şəxslər “Sobsan” fabrikinin tullantılarının guya yaxınlıqdakı gölə axıdılması ilə bağlı da məlumat yayırdı. Bu məsələ də nazirlik tərəfindən araşdırıldı və aydın oldu ki, fabrik tərəfindən gölə heç bir tullantı atılmayıb”.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












