“SOCAR Tower”də müasir elektrik doldurma məntəqəsi istifadəyə verilib - FOTO

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində və COP29 tədbirinin keçirildiyi dövrdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ətraf mühitin qorunmasına və təmiz enerji təşəbbüslərinə dəstək verən əhəmiyyətli addımlar atır.
Avtosfer.az SOCAR-a istinadən xəbər verir ki, bu çərçivədə həyata keçirilən tədbirlərin davamı olaraq, SOCAR-ın Baş ofisinin inzibati binasının (“SOCAR Tower”) yeraltı avtomobil dayanacağında elektrik və “plug-in hybrid” nəqliyyat vasitələri üçün müasir elektrik doldurma məntəqəsi (EDM) istifadəyə verilib.
Yeni EDM-də 22 kW-lıq və 60 kW-lıq güclə təchiz olunan elektrik doldurma stansiyaları xüsusi işarələr ilə digər zonalardan ayrılaraq unikal bir xidmət sahəsi olaraq fəaliyyət göstərəcək. Bu sosial layihə çərçivəsində, SOCAR əməkdaşları bu məntəqədən ödənişsiz istifadə edə biləcəklər. Doldurma xidmətinin enerji xərcləri isə şirkət tərəfindən qarşılanacaq, bu, SOCAR-ın əməkdaşlarının rahatlığına və “yaşıl enerji” təşəbbüsünə verdiyi önəmi nümayiş etdirir.
SOCAR-ın ekoloji davamlılığa töhfəsini genişləndirmək məqsədilə yaxın gələcəkdə “SOCAR Tower”in əsas girişinin yaxınlığında 60 kW-lıq, iki çıxışlı əlavə elektrik doldurma stansiyasının quraşdırılması da planlaşdırılır. Bu təşəbbüs, təmiz enerjiyə keçidə dəstək verərək ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyır.
SOCAR-ın bu layihəsi ətraf mühitin qorunmasına və davamlı enerji mənbələrinə keçidə yönəlmiş strateji addımlarından biridir və şirkətin ekoloji məsuliyyətini ön planda tutan yanaşmasını bir daha təsdiqləyir.

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA














