Xəzərdə suyun səviyyəsi 30 metr azalacaq

Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir.
Avtosfer.az axar.az-a istinadən bildirir ki, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: "Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb".
Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: "Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir".
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb












