Solan həyat, arzu, ümidlərin 5 yaşı: Geriyə sadəcə gülüşü qalan körpə Zəhra - VİDEO

Erməni vandalizminin qurbanı olan balaca Zəhranın doğum günüdür - Yaşasaydı 5 yaşını qeyd edəcəkdi.
Bu gün Füzulinin Alxanlı kəndində Quliyevlər ailəsində balaca Zəhra əzizlərinin əhatəsində həyatının ilk yubileyini qeyd edə bilərdi.
Hər kəs kimi onun da gözəl arzuları ola bilərdi... Bir ailənin gülən üzünü, ümidlərini solduran isə nə az, nə çox düz 4 il bundan əvvəl Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini minaatanlardan atəşə tutması olub.
2017-ci il iyulun 4-ü əvvəlki günlər kimi ola bilərdi...
Təzəcə addımlayırdı...
Həmin gün Alxanlı kəndinin digər sakinləri kimi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı da olacaqlardan xəbərsiz idilər.
Axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhali atəşə tutulur. Həmin gün yaşayış evlərinin atəşə tutulması nəticəsində sakinlər arasında ölənlər və yaralananlar olub.
Düşmən hücumunun qurbanlarından biri də hələ yeni-yeni ayaqları üzərində dayanmağa başlayan 18 aylıq Zəhra Quliyeva olub.
2 yaşlı körpəyə dəyən həmin qəlpələr nəinki Quliyevlər ailəsinə, eləcə də bütün azərbaycanlıların qəlbinə od saldı.
Yaşasaydı, 5 yaşını qeyd edəcəkdi...
Balaca Zəhranın qanlar içərisində olan soyuq bədəni bütün ölkəni matəmə boğdu. Bu hadisə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrinin mətbuat orqanları tərəfindən işıqlandırılaraq erməni vandalizmini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı.
Dünyanın nüfuzlu informasiya mənbələri olan “Reuters”, BBC, “France Press” informasiya agentlikləri, “Nyu York Times”, “Le Monde” qəzetləri Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqəsini atəşə tutması nəticəsində uşaq və qadının öldürülməsi faktını rəsmi məlumatlar əsasında işıqlandırdılar.
Geriyə yalnız ürəkdağlayan gülüşü qalan körpəmiz...
Bu gün Zəhranın 5 yaşı tamam olur... Valideyn üçün övladın yerini heç nə əvəz edə bilməz. Fevralın 13-ü bütün Azərbaycan balaca Zəhranın xatirəsini yada salır. Bu gün hər kəs Zəhradır...
İlk sözləri, gülüşləri, dəcəllikləri əlindən alınan, beşiyi boş, oyuncaqları ortalıqda qalan 2 yaşlı Zəhra... Ondan geriyə ancaq telefonlarda gəzən o məsum gülüşü qaldı. O da yaddaşlardan çətin silinər. Sosial şəbəkələrdə paylaşılan həmin görüntüləri göz yaşlarısız izləmək mümkün deyil...
Ailənin bir il sonra gələn Muradı...
Ailənin solan ümidlərini bəlkə də bərpa etməz, amma bir il sonra Quliyevlər ailəsinə yeni nəfəs, yeni ümid gəlib. Zəhranın qardaşı doğulub... Balacaya Murad adı verilib. Bu balaca ailəni yarım qalan muradına çatdıracaq...
Bəlkə də səmada bir yerlədən bizi görürsən, əziz Zəhra... Səni unutmadıq, unutdurmadıq.
Bu gün sənə hədiyyələr alınmalı idi...Heyf ki, əlimizdən gələn günahsız bədənin yatdığı o müqəddəs torpağa gül dəstələri qoymaqdır.
Doğum günün mübarək, Zəhra...
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ
Bu göstərici üzrə biz dünyada birinci yerdəyik - İlham Əliyev
Taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni qaydalar bu sürücülərə şamil edilməyəcək – AÇIQLAMA - VİDEO
Bakının bəzi yollarında təmir işləri aparılacaq - Bu gecə - Sürücülərin diqqətinə!










