Sosial şəbəkələr vasitəsilə 26 min manatlıq heroin alan şəxs saxlanıldı - FOTO
Gündəm
16 İyul 2022 15:45

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq Polis İdarəsinə gətirilib. Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu, xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədi ilə paytaxta gətirdiyini bildirib.
Faktla bağlı Vüqar Bayramov barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vüqar Bayramovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oxunub : 1324
DİGƏR XƏBƏRLƏR
1 Oktyabr 2026 12:30
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
1 Oktyabr 2026 10:23
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
1 Oktyabr 2026 08:47
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
30 Sentyabr 2026 21:55
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
30 Sentyabr 2026 21:00
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
30 Sentyabr 2026 18:54
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
30 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
30 Sentyabr 2026 16:41
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
30 Sentyabr 2026 16:00
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
30 Sentyabr 2026 12:48
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
ŞƏRH YAZ












