Sosial şəbəkələrdə narkotik satan şəxs saxlanılıb - FOTO + VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı Bakı şəhər sakini Anar Məmmədov paytaxtın Nizami rayonunda tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,870 qram narkotik vasitə heroin, 1,028 qram psixotrop maddə metamfetamin aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq A.Məmmədovun yaşadığı evdən əlavə 3,873 qram heroin və 14,345 qram metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla onun müxtəlif sosial şəbəkələrdə “Metidenxmya” və “Zakladka Bakı” adı ilə qeydiyyatdan keçərək özünə məxsus səhifələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsini təbliğ etməsi müəyyən olunub. Qeyd edək ki, A.Məmmədovun narkotik vasitələri onlayn yolla satışa çıxarıb və ayrı-ayrı şəxslər onun plastik kartına buna görə pul vəsaitləri köçürüblər. Saxlanılan şəxsin evindən həmin vəsaitlərin toplandığı plastik kart da polislər tərəfindən aşkar olunub. A.Məmmədov ifadəsində həmçinin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından aldığını bildirib.
Faktla bağlı A.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.
Namiq Musayev







Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










