Sovet yeniyetmələri müasir yaşıdlarından nə ilə fərqlənir? – ARAŞDIRMA

Müasir yeniyetmələr daha ambisiyalıdır, özlərinə daha çox dəyər verirlər, sayğı duyurlar və özləri qarşısında daha çətin hədəflər qoyurlar.
Bu qənaətə rusiyalı psixoloqlar gəliblər.
Məlumata görə, araşdırmaçılar 31 il aradan sonra yeni metodika ilə yeniyetmələr arasında sorğu keçiriblər.
Bildirilib ki, çağdaş yeniyetmələr sovet yaşıdlarından həm də daha az məsuliyyətli olmağı ilə fərqlənirlər. Ancaq alimlər bunu problem hesab etmir. Belə ki, onların fikrincə, cəmiyyət uşaqları müstəqillikdən qoruyur, beləliklə, onlara sadəcə bu duruma uyğunlaşmaq qalır.
Bundan başqa, müasir yeniyetmələr “burada və indi” prinsipi ilə yaşayırlar. Onların şəxsi diləklərinin motivasiyası artıb, yaxın çevrənin arzularına isə daha az önəm verilməyə başlanılıb.
Daha bir əhəmiyyətli fərq isə təhsilə yanaşmadadır. Sovet yeniyetmələri təhsilə darıxdırıcı rutin iş kimi yanaşırdılar. Onların müasir yaşıdları isə bu baxımdan daha biliyəmeyilli və fəaldırlar. Onların dərslərdən təəssüratları bir-biri ilə ziddir, lakin həmişə emosionaldır. (“Report”)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












