Su polisi qanunsuz balıq ovçusunu saxlayıb – FOTO

Şəmkir Su polisi qanunsuz balıq ovçusunu saxlayıb. Hadisə Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşlarının 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə Kürütökmə aylığı çərçivəsində ekoloji cinayətlərə qarşı mübarizə məqsədilə həyata keçirilən əməliyyat tədbiri zamanı qeydə alınıb.
Şəxsiyyəti sonradan müəyyən olunmuş Şəmkir rayon Qaracaəmirli kənd sakini Əhmədov Elşən Xanlar oğlu Yenikənd su anbarının Səməd Vurğun kəndi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olduğu zaman saxlanılıb.
Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 1 ədəd hava üfürən, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 100 metr, eni 6 metr, gözlərinin ölçüləri 24*24 mm. Və 90*90mm olan 2 ədəd tor və 19 ədəd şamayı balıqları aşkar edilərək maddi sübut kimi götürülüb. Sorğu zamanı Elşən Əhmədov həmin balıqları Yenikənd su anbarından yanında aşkar edilmiş sintetik tor, qurğu və vasitələrlə qanunsuz olaraq ovladığını etiraf edib. (APA)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












