Şübhə taksi sürücüsünü xəstəxanalıq etdi - VİDEO - FOTO

Türkiyənin paytaxtında müştərisinin koronavirus xəstəsi olmasından şübhələnən taksi sürücüsü özünü xəstəxanalıq edib. Belə ki, o, üç gün boyunca mütəmadi olaraq əlinə və üzünə dezinfeksiyaedici vasitə sürtüb.
Bu barədə “Haber Global” xəbər verib.
Bildirilir ki, COVID-19-a qarşı “tədbirdən” sonra onun üzündə qızartı yaranıb, qıcıqlanıb və şişib. Xəstəxanada kişiyə “təmas allergiyası” diaqnozu qoyulub və 14 günlük müalicə yazılıb.
Kişinin sözlərinə müştərisi dayanmadan öskürür və asqırırdı.
“Halı da pis idi. O düşdükdən sonra dezinfeksiyaedici vasitəni götürüb əlimə və üzümə sürtdüm və bunu 3-4 gün davam etdim. Ancaq sonra üzüm qızardı və şişdi, gözlərim bağlandı. Dəhşət qaşınma var idi, elə bil öləcəkdim. Əllərim də qaşınırdı. 14 gün xəstəxanada yatdım. Dərman müalicəsi ilə şükür, sağaldım”.
Onun sözlərinə görə, ailəsi də, özü də öləcəyini düşünüb və bərk qorxub.
“İnsanlar dezinfeksiyaedici vasitələri üzlərinə sürtməsinlər. Çünki zərərlidir və allergiya yarada bilər”, - deyə zərərçəkən xəbərdarlıq edib.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












