“Sumqayıt əhalisinin daşınmasında dəmir yolu lider olacaq” - Ekspert

Hər gün Sumqayıtdan Bakıya və əks istiqamətdə minlərlə insan ictimai nəqliyyat xidmətlərindən istifadə edir. Ələlxüsus pik saat adlandırdığımız səhər və axşam vaxtlarında bu istiqamətdə müəyyən sərnişin sıxlığı müşaiyət olunur. Bu isə hər zaman ən optimal nəqliyyat növü məsələsini bir daha aktuallaşdırır. Ümumiyyətlə, sərnişin axınının hansı nəqliyyat növünə yönəldilməsi daha optimal sərnişindaşıma mexanizminin formalaşmasına təminat yarada bilər?
Bununla bağlı açıqlama verən nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev avtomobil nəqliyyatının yükünün azaldılması üçün hazırda ən real və səmərəli vasitənin məhz dəmir yolu olduğunu deyib: “Durmadan artan və getdikcə sıxlıq və tıxaca səbəb olan avtomobil nəqliyyatı Bakı şəhəri, ətraf rayon və qəsəbələrdə ciddi qayğılar yaradır. Belə vəziyyətdə alternativ və sərbəst hərəkət edən nəqliyyat vasitəsini işə salmaq gündəmə gəlir. Şəhər daxilində metro əvəzsiz çıxış yolu hesab edilir. Şəhər ətrafı nəqliyyatda isə bu funksiyanı dəmir yolu yerinə yetirə bilər. Bu, avtomobil nəqliyyatının yükünün azaldılması üçün hazırda ən real və səmərəli vasitə sayılır. Belə ki, dəmir yolu yerüstü metro sayılır və onun xüsusiyyətlərini özündə cəmləşdirir. Abşeron yarımadası və Sumqayıtı əhatə edən Abşeron Dairəvi Dəmir Yolu tamamlanıb istifadəyə verildikdən sonra daha effektiv hərəkətin təşkili təmin olunacaq. Bu layihə tam gücü ilə işləsə Bakı şəhəri, ətraf qəsəbələri və Sumqayıt şəhərinin əhalisinin böyük hissəsinin daşınmasında liderliyi ələ alacaq".

Nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev
“Abşeron Dairəvi Dəmir Yolu fəaliyyətini Bakı Metropoliteninin iş prinsipi kimi qura bilsə, sərnişin daşınmasında və tıxacların aradan qaldırılmasında ciddi naliyyətlər əldə ediləcək"
Qatarla səyahətin üstünlüklərinə toxunan ekspert dayanmadan fasiləsiz hərəkət etməyə qadir olan bu nəqliyyat növünün ekoloji cəhətdən daha sərfəli, sərnişinlər üçün daha rahat, maliyyə baxımından isə da səmərəli olduğunu diqqətə çatdırıb.
O bildirib ki, sərnişinlər üçün komfortlu və sürətli qatarlar həqiqətən cəlbedici olacaq: "Amma bunun üçün zəruri infrastrukturun yaradılması tələb olunur. Birmənalı olaraq bütün yol kəsişmələrində yolötürücülər və tunellər inşa edilərək müxtəlif səviyyəli olmalı, bütün yolun kənarı torla hasarlanaraq maneələrdən qorunmalı və sərnişinlərin stansiyalara gəlib çatmaları üçün şərait yaradılmalıdır. Həmçinin qatarların sayını artıraraq vaxt intervalını minimuma endirmək lazımdır. İnternet resursu və digər xidmət növləri ilə təchiz edilməli, sərnişinlərə xoş münasibət, qayğı göstərməklə onların marağını artırmaq vacib məsələdir. Bu sahədə aparılan işlər daha da sürətləndirilməli və yaxın vaxtlarda dairəvi yolun istifadəyə verilməsinə nail olunmalıdır. Abşeron Dairəvi Dəmir Yolu fəaliyyətini Bakı Metropoliteninin iş prinsipi kimi qura bilsə, sərnişin daşınmasında və tıxacların aradan qaldırılmasında ciddi naliyyətlər əldə ediləcək".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












