Sumqayıt polisi koronavirusla əlaqədar mobil qruplar yaratdı - FOTO - VİDEO

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. İnfeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə paytaxtla yanaşı Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər. Şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlərə daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kompaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.
Avtosfer.az xəbər verir ki, tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyyə olunur.
Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarəti təmin etmək məqsədi ilə polis və daxili qoşunlarln şəxsi heyətindən ibarət mobil qruplar vasitəsilə şəhərdə gündəlik olaraq əhalinin xüsusi karantin rejiminə əməl etməsinə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


















